Dünya

ABŞ-də IRF-2024: Dini azadlıq sammiti, yoxsa islamofoblar və “səlibçilər”? – FOTO

Sharing is caring!


Yanvarın 30-31-də ABŞ-də Beynəlxalq Dini Etiqad Azadlığı Sammiti (IRF-2024) keçiriləcək.

Trend xəbər verir ki, tədbir ABŞ-nin Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası (USCIRF) tərəfindən və ABŞ Senatının həmsədrliyi ilə keçirilir.

IRF-2024 Sammitində çıxış edən spikerlər arasında Xankəndidən olan “qaçqın jurnalist” kimi təsvir edilən Siranuş Sarkisyan da daxil olmaqla beş erməni var.

Bu onu deməyə əsas verir ki, IRF Sammiti getdikcə islamafob və xristian fanatizmi ideyalarını təbliğ edir. Bu fikri artıq digər müsəlman ölkələri də bölüşür.

İcraçı direktor Piter Börnsin “X” sosial şəbəkəsində paylaşımı bu sammitin İslamofob və azərbaycanofob xarakterli olmasının bariz nümunəsidir.

O, ABŞ prezidentliyinə keçmiş ermənipərəst namizəd Vivek Ramaswamy-nin əlində Ermənistan bayrağı tutmuş, səlibçi paltarı geyinmiş və arxa planda dağıdılmış məscidlərin şəklini paylaşıb. Bu tədbirin əsl mahiyyətini ortaya qoyur: Sammit dini azadlıq sammiti deyil, səlibçi sammitidir.

Tədbirin təşkilatçıları qarşısında tamamilə obyektiv sual yaranır: Din azadlığı yalnız xristianlıqla bağlıdırmı? Sual ritorikdir. Azərbaycanın ABŞ-nin “dini etiqad azadlığını məhdudlaşdıran” ölkələrlə bağlı hesabatına daxil edilməsinin səbəbi bir daha aydın olur.

Bu, belə düşünən şəxslərin və qurumların hesabatlarının obyektivliyi ilə bağlı əsaslı suallar doğurur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir