Dünya

Fransada “Mona Liza” tablosuna şorba töküblər – VİDEO

Sharing is caring!


Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində ekofəallar məşhur rəssam Leonardo Da Vinçinin şah əsəri olan “Mona Liza” (Cokonda) tablosuna şorba töküblər.

Üzərində “Riposte Alimentaire” (“Qidaya reaksiya”) yazılmış köynək geyinmiş iki qadın tablonun üzərini örtən qoruyucu şüşəni şorba ilə isladıblar. Sonra onlar qida hüququ, Fransanın kənd təsərrüfatı sistemi və hər üç fransızdan birinin yeməkdən imtina etdiyi barədə şüarlar səsləndirməyə başlayıblar.

Qeyd edək ki, bu tablo son 20 ildə dəfələrlə vandalların hücumuna məruz qalıb. 2009-cu ildə bir turist tabloya çay ataraq o vaxtkı adi şüşəni sındırıb və bundan sonra rəsmin üzərinə zirehli ekran quraşdırılıb. 2022-ci ilin may ayında isə zirehli şüşənin üzərinə tort sürtülüb.

Mənbə: RenTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir