Dünya

Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq sazişi imzaladılar

Sharing is caring!


Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında məlumat verib.

“Son bir neçə aydır ki, biz bu saziş üzərində işləyirdik. Strateji tərəfdaşlıq memorandumunu imzalayacağımız barədə elan etmişdik”, – deyə Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Ermənistan və Gürcüstan tarixən güclü müttəfiqlər və qonşulardır, bütün istiqamətlər üzrə yaxşı tərəfdaşlıq mövcuddur.

İrakli Qaribaşvili bəyan edib ki, strateji tərəfdaşlıq haqqında sazişi Tbilisidə hər iki baş nazir imzalayıblar. O, iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdiyini deyib.

Qaribaşvili həmçinin Paşinyanla iki ölkə arasında bütün səviyyələrdə münasibətləri müzakirə etdiyini də vurğulayıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan işgüzar səfərlə Gürcüstandadır. 

Mənbə: Ermənistan KİV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir