Dünya

Türkiyəli yeniyetmə COVID-19-a yoluxduqdan sonra dünyada cəmi 6 nəfərdə görülən xəstəliyə tutuldu – FOTO

Sharing is caring!


Sinəsində qəfildən başlayan və getdikcə şiddətlənən ağrı şikayəti ilə xəstəxanaya müraciət edən 17 yaşlı yeniyetmənin diaqnozu həkimləri heyrətə gətirib. Belə ki, onda regional miokardit (ürək əzələsinin iltihabı) müəyyən edilib. İndiyə kimi bu xəstəlik dünyada cəmi altı adamda tapılıb.

Hadisə Türkiyəni İzmir şəhərində qeydə alınıb.

Bildirilir ki, Mete Karanın xəstəliyinin ilk əlamətləri ötən ilin noyabr ayının əvvəlində başlayıb. Qəfildən o, gözlərinin qaralmasından, ürəkbulanmadan, qızdırma və boğaz ağrılarından şikayət etməyə başlayıb. Həmin gün axşam isə sol qolunda və döş qəfəsində ağrılar hiss edib. Ailə bunun soyuqdəymə ilə əlaqəli ola biləcəyini ehtimal edib. Ancaq ağrıları şiddətləndikdən sonra yeniyetmə xəstəxanaya aparılıb.

Onun miokardit problemi olduğu müəyyən edilən kimi müalicəyə başlanıb. Xəstəxanada 6 gün stasionar müalicə olunduqdan sonra evə buraxılıb.

Tibb işçilərinin sözlərinə görə yeniyetmə bundan əvvəl COVID-19-a yoluxubmuş, ancaq evdə bilməyiblər. Həkimlər indiyə kimi müəyyən edilən regional miokarditin bəzilərinin koronovirusla bağlı olduğunu qeyd ediblər və bildiriblər ki, Metenin müalicə prosesini beynəlxalq nəşrlərdə dərc etməklə akademik töhfə verməyi düşünürlər.

Mənbə: Hurriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir