Dünya

Lukaşenko Belarus istehsalı olan dronlara baxış keçirdi: “Bu, fəlakətdir” – FOTO

Sharing is caring!

Belarus prezidenti Aleksandr Lukaşenko Brest vilayətindəki Obuz-Lesnovski hərbi poliqonuna baş çəkib.

Burada “Qoskomvoenprom” şirkətinin əməkdaşları ona Belarusda istehsal olunan pilotsuz uçuş aparatlarını və digər “perspektivli işləri” nümayiş etdiriblər.

Səfərlə bağlı məlumatı “BELTA” nəşri və Lukaşenkonun “Telegram” kanalı “Pul pervoqo” paylaşıb.

Lukaşenko “Mirotvores” pilotsuz təyyarəsinə və digər avadanlıqlara baxış keçirib. O, “Qoskomvoenprom”un işçilərindən birinə müraciət edərək narazılıq bildirib.

“Sən axı boş yerə nümunəni bir nüsxədə göstərmirsən? Hər hansı bir nümunə indi cəbhədədir – onlar döyüşür? Allah eləməsin, mənə xəbər etsinlər ki, sən burada özünü göstərməklə məşğul olmusan – bu, fəlakətdir”, – deyə Lukaşenko bildirib.

Onun sözlərinə görə, dronlar onları almağa razı olan ölkələrə tədarük olunacaq. Bununla belə Lukaşenko Belarus istehsalı olan pilotsuz təyyarələrin Ukraynada olmasını “arzuolunmaz” adlandırıb.

“Kim alırsa, biz ona da satacağıq. Təbii ki, nümunələrimizin Ukraynada döyüşməsi arzuolunmazdır: necə də olsa, orada özümüzünkülərdir”, – deyə o əlavə edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir