Dünya

ABŞ-də uçmağa hazırlaşan “Boeing 757” təyyarəsi təkərini itirdi – FOTO/VİDEO

Sharing is caring!


ABŞ-nin “Delta” aviaşirkətinə məxsus “Boeing 757” təyyarəsi Atlanta Beynəlxalq Hava Limanında havaya qalxmazdan əvvəl şassinin ön dayağındakı təkərini itirib.

Bu barədə ABŞ Federal Aviasiya Administrasiyasından məlumat verilib.

Bildirilir ki, təyyarə Atlantadan (ABŞ) Boqotaya (Kolumbiya) uçmalı idi. Təyyarə havaya qalxmazdan əvvəl köməkçi yolla uçuş-enmə zolağına doğru hərəkət edərkən burun hissədə şassinin dayağındakı təkər yerindən çıxıb.

Təyyarənin havaya qalxmaq cəhdinin necə başa çatacağı məlum deyil, ancaq uçuş-enmə zolağı boyunca yuvarlanan təkəri qonşu təyyarənin pilotu görüb və o, hadisə barədə həmkarlarını xəbərdar edib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir