Cəmiyyət

Bakının Nizami küçəsinin sakinləri: “Restoranın tüstü-qoxusundan nəfəs ala bilmirik” – ŞİKAYƏT + VİDEO

Sharing is caring!


Bakının Səbail rayonu Nizami küçəsi, 66 ünvanında yaşayan sakinlər binadakı qeyri-yaşayış obyektindən gileylənirlər.

Sakin Mahirə Aşumova şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb.

O, binanın birinci mərtəbəsində fəaliyyət göstərən “The Garden” restoranından narazı olduğunu dilə gətirib:

“Binada 86 mənzil var. Hər birinin sakinləri şikayətçidirlər. 23 sentyabr 2023-cü ildə binamızın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini bir sahibkar digərinə kirayə verdi. Restoran dörd aydır ki, fəaliyyət göstərir. Bizim bina 1952-ci ildə tikiləndə birinci mərtəbədəki qeyri-yaşayış hissə moda evi üçün nəzərdə tutulmuşdu. Restoran üçün yox”.

Şikayətçi restorandan çıxan tüstü və qoxuların narahatlıq yaratdığını qeyd edib:

“Restoranda təqdim olunan qəlyan, samovar çayı və kababın tüstündən dayana bilmirik. Evdə onkoloji xəstəm var. Qəlyanı onkoloji xəstəmin otağının altında hazırlayırlar. Qoxudan nəfəs ala bilmir. Səhərə qədər yatmıram. Pəncərələri açıram ki, nəfəs ala bilsin. Blokda, məhəllədə qoxudan dayanmaq olmur.

İki dəfə restorana akt tərtib olunub, protokol yazıblar. Dörd dəfə atmosferin çirklənməsi halı qeydə alınıb. Lakin faydası yoxdur. Yenə də fəaliyyət göstərir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir