Dünya

BMT Təhlükəsizlik Şurasının iclasında Lavrovla İsrail nümayəndəsi arasında “atışma” baş verdi – VİDEO

Sharing is caring!


BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və İsrail nümayəndələri arasında sözlü atışma baş verib.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Rusiya xarici işlər naziri Sergey Lavrovun İranın yüksəkrütbəli zabitlərini müdafiə edən bəyanatına reaksiya verib.

“Hamımızın bildiyi kimi, İran dronları Rusiya tərəfindən Ukraynada mülki insanların öldürülməsi üçün istifadə olunur. İran terroru bizim hamımıza sirayət edəcək, bunu hər birimiz bilirik. Hətta İranla əməkdaşlıq edən Rusiya da”, – deyə Erdan bildirib.

Sergey Lavrov isə öz növbəsində ittihamları “əzbərlənmiş yanıltmac” adlandırıb və diqqəti Qəzzadakı vəziyyətin müzakirəsinə cəmləməyə çağırıb.

Mənbə: “Yeni Şafak na russkom” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir