Dünya

Kanadada oğurluq avtomobilləri Azərbaycana göndərmək istəyənlər həbs edildilər

Sharing is caring!


Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs ediliblər. 

Bu barədə yerli polis məlumat yayıb. 

Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib. 

York Regional Polisi son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bəyan edib. 

Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıblar. 

Şübhəli şəxslərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb. 

Mənbə: cp24.com 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir