Dünya

BMT: Bu yay tarixdə müşahidə edilən ən isti yay olub

Sharing is caring!


Bu yay tarixdə müşahidə edilən ən isti yay olub.

Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, planet “qaynama mövsümündən keçib”. Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir.

O, dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırıb.

Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.

Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir