İqtisadiyyat

Ursula fon der Lyayen: “Gələn il Azərbaycan Avropaya 12 milyard kubmetr təbii qaz nəql edəcək”

Sharing is caring!

“Azərbaycandan Avropaya təbii qaz nəqli artmaqda davam edəcək və 2023-cü ildən etibarən illik 12 milyard kubmetrə çatacaq”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumun imzalanmasından sonra bildirib.

“Qarşılıqlı anlaşma haqqında yeni Memorandumun imzalanması ilə biz alternativ enerji nəqli mənbələrinin tapılmasından əsas tərəfdaşımız olan Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyuruq”, – o deyib.

Onun sözlərinə görə, Azərbaycan nəql həcmlərini builki 8 milyard kubmetrdən 2023-cü ildə 12 milyard kubmetrədək artıracaq.

“Bu, Rusiya qazının ixtisar edilməsi ilə əmələ gələn boşluğu doldurmağa imkan verəcək və Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirməyə imkan verəcək”, – o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir