Dünya

Kermanda 4,3 bal gücündə zəlzələ olub – FOTO

Sharing is caring!


İranın Kerman əyalətində 4,3 bal gücündə zəlzələ olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı Tehran Universitetinin Milli Seysmoloji Mərkəzinin məlumatına istinadla xəbər verib.

Bildirilib ki, Şehdad şəhəri yaxınlığında Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ baş verib. Ocaq 9 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması barədə hələlik dəqiq bilgi yoxdur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir