Dünya

Rusiyada sakinləri qorxuya salan pələng tutulub – FOTO

Sharing is caring!


Rusiyanın Xabarovsk diyarında sakinləri qorxuya salan pələng tutulub.

Məlumata görə, yırtıcı 10 iti parçalayıb.

Bu barədə Xabarovsk diyarının qubernatoru Mixail Deqtyaryov özünün “Telegram” kanalında məlumat verib.

Pələngi vilayət ov idarəsinin mütəxəssisləri vəhşi təbiətin və xüsusi qorunan təbiət ərazilərinin mühafizəsi xidməti ilə birgə yaxalayıb.

“Problemlər törədəni tutmaq 10 gün çəkdi. İndi o qəfəsdədir”, – Deqtyaryov bildirib.

Tutulan yırtıcı baytarlar tərəfindən müayinə olunacaq və ixtisaslaşmış mərkəzə aparılaraq reabilitasiyadan keçəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir