Dünya

Myanma ordusunun 600-ə yaxın əsgəri Hindistana qaçıb

Sharing is caring!


Üsyançılarla şiddətli toqquşmalardan sonra 600-ə yaxın Myanma ordusunun əsgəri Hindistan ərazisinə keçib.

Məlumata görə, hərbçilərin Myanmanın qərbindəki Rakhayn əyalətində yerləşən düşərgəsi etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu tərəfindən zəbt edilib. Belə şəraitdə, hərbçilər Hindistanın Mizoram bölgəsinə sığınıblar.

Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha müraciət edib.

Bildirilib ki, Mizoram humanitar səbəblərdən Myanmadan qaçanlara kömək edir.

Qeyd edək ki, Myanmada 2023-cü il oktyabrın 27-dən ölkənin silahlı qüvvələri ilə etnik qruplar arasında aktiv döyüşlər yenidən başlayıb.

Mənbə: rbc.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir