Dünya

“Roma” Mourinyosuz ilk oyununda qalib gəldi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının 20-ci turunda “Roma” və “Verona” komandaları qarşılaşıb. Romadakı “Olimpiko” stadionundakı matç ev sahiblərinin qələbəsilə yekunlaşıb –  2:1.

İlk hissənin 19-cu dəqiqəsində Romelu Lukaku matçda hesabı açaraq “Roma”nı önə keçirib. Tezliklə, artıq 25-ci dəqiqədə Lorenzo Pelleqrini görüşdə meydan sahiblərinin üstünlüyünü artırıb. 76-cı dəqiqədə Mixael Folorunşo fərqi birə endirib. Lakin bundan daha artığına qonaqların gücü çatmayıb.

Bu matçın nəticəsindən sonra “Roma” 32 xal toplayaraq A Seriyasında səkkizinci pilləyə yüksəlib. “Verona” isə 17 xalla 18-ci yerdədir.

Qeyd edək ki, bu, Joze Mourinyonun komandanın baş məşqçi postundan qovulmasından sonra romalıların ilk oyunu olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir