Dünya

Məşhur türkiyəli aktrisa hamilə olduğunu açıqladı – FOTO

Sharing is caring!


Bir çox məşhur Türkiyə seriallarında canlandırdığı rollarla tanınan aktrisa Burcu Biricik xeyli müddətdir ekranlardan uzaq düşməsinin səbəbini açıqlayıb.

Aktrisa 3,5 aylıq hamilə olduğunu bildirib. İlk dəfə ana olacaq Burcu Biricik körpəsinin cinsiyyətinin də məlum olduğunu qeyd edib. Qız övladları olacaq Burcu Biricik və əri Emre Yetkin körpələrinə nə ad verəcəklərinə hələ qərar verməyiblər.

Ən son “Camdaki kız” serialında “Nalan” obrazı ilə yadda qalan aktrisa reklam sahəsində çalışan Emre Yetkin ilə 2014-cü ildə ailə həyatı qurub. Cütlük xoşbəxt evliliklərini gözlərdən uzaq yaşamağa üstünlük verib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir