Cəmiyyət

Şirvanın icra başçısı tibb işçilərini abadlıq məqsədilə məcburi “iməciliyə” çıxarıb? – AÇIQLAMA

Sharing is caring!

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun martın 11-də verdiyi tapşırığa əsasən, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələri təmizlətdirdiyinə dair xəbərlər paylaşılıb.

Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan şəhərində aparılan genişmiqyaslı abadlıq işləri ilə yanaşı, sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası və şəhərin təmizliyi istiqamətində də mühüm tədbirlər həyata keçirilir:

“Bu məqsədlə 11.03.2023-cü il tarixində baharın gəlişi ilə əlaqədar ümumşəhər iməciliyi keçirilib. İməcilikdə xidmət təşkilatlarının əməkdaşları ilə yanaşı, şəhərin digər idarə və müəssisələrinin nümayəndələri də yüksək fəallıqla iştirak ediblər. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb və qeyri-tibb heyəti də könüllü olaraq ümumşəhər iməcliyində iştirak edib”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir