Dünya

Hindistanda qayıq batdı: 16 nəfər öldü – VİDEO

Sharing is caring!


Hindistanın Qucarat ştatında qayığın göldə aşması nəticəsində 14-ü məktəbli olmaqla azı 16 nəfər həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb.

Hadisə Vadorada şəhəri yaxınlığında baş verib. Bir qrup məktəbli Harni gölündə piknikdə olub. Onlar qayıqla gəzintidə ikən nəqliyyat vasitəsi aşıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı qayıqda 27-si uşaq olmaqla 34 nəfər olub.

Hadisə yerində xilasedicilər işləyir. Axşam saatlarında hadisənin təsdiqlənmiş qurbanlarının sayı 14-ü məktəbli və ikisi müəllim olmaqla 16-ya çatıb. Ən azı 10 şagird xilas edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir