Dünya

Çin iki həftə ərzində COVID-19 pandemiyasının başlandığını gizlədib

Sharing is caring!


Çinli elm adamları ölümcül koronavirusu ölkə hakimiyyətinin bu məlumatı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bildirməsindən iki həftə əvvəl müəyyən ediblər.

Bu barədə ABŞ Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Çinli tədqiqatçı 28 dekabr 2019-cu ildə SARS-CoV-2 strukturunun, demək olar ki, tam ardıcıllığını verilənlər bazasına yükləyib. Bu bazanın ABŞ hökuməti tərəfindən idarə olunduğu məlum olub.

Ekspertlərin fikrincə, bu iki həftə COVID-19 pandemiyasına qarşı mübarizədə mühüm rol oynaya bilərdi. Bu, təkcə virusun necə yayıldığını müəyyən etməyə deyil, həm də vaksinlərin və qoruyucu vasitələrin vaxtında hazırlanmasına aiddir.

“Bu, Çin hökumətinin yaydığı məlumatların düzgünlüyünə dair nə qədər ehtiyatla yanaşmalı olduğumuzu vurğulayır”, – deyə Fred Hutçinson Xərçəng Araşdırma Mərkəzinin virusoloqu Cessi Blum bildirib.

Nəşr qeyd edib ki, o vaxt Çin səlahiyyətliləri Uhandakı epidemiyanı “mənşəyi naməlum” viruslu pnevmoniya kimi qələmə verib və onun yarandığı topdansatış dəniz məhsulları bazarını həmin vaxt bağlamamışdı.

Mənbə: The Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir