Cəmiyyət

Ağır yanıq xəsarətləri alan qızın anası: “Ağrılarına görə yata, dincələ bilmir” – FOTO

Sharing is caring!


2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a onun anası Şamama Rüstəmova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz Ağdamda yaşayırıq. Hadisə mayın 15-də baş verib. Belə ki, süfrədəki içi qaynar su dolu çaydan qızım Zülfiyyənin üzərinə dağılıb. Qızım bir neçə müddət Ağdamda müalicə alsa da, xeyri olmadı. Onu Bakıya gətirmək məcburiyyətində qaldıq. Qızım Bakıdakı xəstəxanalardan birində müalicə aldı. 15 gün reanimasiyada qalan Zülfiyyə bir dəfə əməliyyat olundu. Maddi imkanımız olmadığı üçün tanıdığımız insanlardan borc alıb qızımın əməliyyat və müalicə xərclərini ödədik. Hazırda çox çətin vəziyyətdəyik. İnanın, dərmanlarını, mazlarını almağa pulumuz yoxdur. Ağrılarına görə nə yata, nə dincələ bilir. Övladımın müalicəsini davam etdirmək üçün imkanımız yoxdur. Müalicə üçün hazırda 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (050) 899-29-97.

Kapital Bank: 4169 7388 7746 2196.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir