Dünya

Türkiyədə bütün şəhər “duman dənizi”nin altında qaldı – FOTO

Sharing is caring!


Türkiyənin Kocaeli şəhərini “duman dənizi” bürüyüb.

Havanın temperaturunun 11 dərəcə olduğu şəhəri qatı duman bürüyüb. Bütün şəhərə yayılan duman nəticəsində görmə məsafəsi azalıb.

Samanlı dağlarının 1 640 metr yüksəklikdəki zirvəsi Kartepeyə getmək istəyənlər dumanın içindən keçərək bölgəyə çatıblar. Dağların ətəklərinə baxanlar qarlı zirvələrin arxasındakı İzmit körfəzi və Sapanca gölünün “duman dənizi” ilə örtüldüyünü görüblər.

Sakinlər bu əsrarəngiz mənzərəni lentə alıblar.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir