Dünya

“Liverpul” “Çelsi”nin müdafiəçisi ilə maraqlanır

Sharing is caring!


İngiltərənin “Liverpul” klubu “Çelsi”nin müdafiəçisi Levi Kolvillə maraqlanır.

Məlumata görə, İngiltərə millisinin futbolçusu “Çelsi” ilə yeni uzunmüddətli müqavilə imzalamadan əvvəl “Liverpul” futbolçunu 2023-cü ilin yayında almaq istəyirdi. Qeyd olunub ki, gənc müdafiəçi hələ də “Liverpul”un diqqətindədir.

Bu mövsüm 20 yaşlı Levi Kolvill “Çelsi”nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

“Liverpul” 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində birinci yerdədir. Yurgen Kloppun yetirmələrinin 20 oyundan 45 xalı var. “Çelsi” 21 oyundan sonra 31 xalla doqquzuncu yerdədir.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir