Dünya

Sankt-Peterburqda dünyanın ən yoluxucu xəstəliklərindən biri yayılır

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərində indiyədək qızılcaya 10-dan çox, Leninqrad vilayətində isə 74 yoluxma hadisəsi qeydə alınıb.

Dünyada ən yoluxucu hesab edilən infeksiya uzun illərdən sonra ilk dəfə olaraq bölgədə yayılmağa başlayıb.

Regional Epidemioloji Nəzarət Departamentindən bildiriblər ki, uzun illərdir ki, Sankt-Peterburqda qızılca ilə bağlı vəziyyət əlverişli kimi qiymətləndirilib və son dövrlərdə laboratoriya tərəfindən təsdiqlənmiş kifayət qədər çox sayda yoluxma halı xəstəliyin yayılma qorxusunu artırıb.

Mütəxəssisin sözlərinə görə, Leninqrad vilayətində ilk yoluxma halları xaricdən gətirilib və hazırda bölgədə karantin tədbirlərinə ehtiyac yoxdur.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir