Dünya

ABŞ-də təqaüdçü xüsusi strategiyadan istifadə edərək 50 min dollar qazandı

Sharing is caring!


ABŞ-də təqaüdçü bilet alarkən xüsusi strategiyadan istifadə edərək lotereyada qalib gəlib.

Qeyd olunur ki, Merilend ştatının Prins-Corces dairəsinin sakini yerli mağazalardan birində lotereya bileti alıb.

“Mən tez-tez qarşıma çıxan nömrələrlə oynayıram”, – deyə o, bilet seçmək prinsipini izah edib.

Sonradan məlum olub ki, pensiyaçının seçdiyi nömrələr (5, 11, 18, 26 və 29) uduşlu nömrələrlə tamamilə üst-üstə düşüb. Nəticədə yaşlı amerikalı 50 min dollar (85 min manat) udub. O, artıq lotereya ofisində olub və uduşunu təhvil alıb.

Təqaüdçü bildirib ki, o bu vəsaiti borclarının ödənilməsi və ailəsi üçün istifadə edəcək.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir