Dünya

Ronaldu FIFA səsverməsində iştirakdan imtina edib

Sharing is caring!


Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Beynəlxalq Futbol Federasiyasının (FIFA) ilin ən yaxşı futbolçusu üçün keçirilən səsverməsində iştirakdan imtina edib.

Məlumata görə, Ronaldu sorğuda Portuqaliya millisinin kapitanı kimi iştirak etməli idi. Lakin onun əvəzinə bunu Pepe edib.

“Portu”nun futbolçusu birinci yeri Bernard Silva, ikinci yeri Erlinq Holand, üçüncü yeri isə Viktor Osimhenə verib. Maraqlıdır ki, o, sonda qalib gələn oyunçunu – Argentina millisinin və ABŞ-nin “İnter Mayami”sinin hücumçusu Lionel Messini seçməyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir