Dünya

“Roma”ya yeni baş məşqçi təyin edildi – FOTO

Sharing is caring!


Joze Maurinyo ilə yollarını ayıran İtaliyanın “Roma” komandasına yeni baş məşqçi təyin edilib.

Sarı-qırmızılı komanda əfsanəvi futbolçusu Daniele De Rossini mövsümün sonuna qədər bu vəzifəyə təyin edib.

De Rossi razılaşma imzalandıqdan sonra bununla bağlı açıqlama verib.

“Roma”nın baş məşqçi vəzifəsini mənə həvalə etdikləri üçün Fridkin ailəsinə təşəkkür edirəm. Bu hissləri sözlə ifadə etmək çətindir. Hər kəs “Roma”nın mənim üçün nə məna kəsb etdiyini bilir. Prioritetlər rəqabətədavamlı olmaq və hədəflərimiz üçün mübarizə aparmaq və onlara çatmağa çalışmaq olacaq”, – deyə Daniele De Rossi qeyd edib.  

40 yaşlı De Rossi sonuncu dəfə SPAL-ı çalışdırıb. O, həmçinin İtaliyanın “AVRO-2020” qələbəsində də məşqçilər korpusunda yer alıb.

Futbol karyerasında “Roma” ilə yanaşı “Boka Juniors”da da çıxış edən De Rossi 2006-cı ildə Dünya Kubokunu qazanan İtaliyanın heyətində olub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir