Dünya

Türkiyədə reyd: Yüzdən çox şəxs saxlanılıb – VIDEO

Sharing is caring!


Türkiyənin 32 vilayətində separatçı terror təşkilatına (BTÖ) qarşı “Kahramanlar-41” adlı əməliyyat keçirilib, 113 şübhəli şəxs saxlanılıb.

Bu barədə Türkiyə Daxili işlər naziri Ali Yerlikaya xəbər verib.

“Jandarma Baş Komandanlığının TEM Şöbəsi və Kəşfiyyat İdarəsi koordinasiyasında terror təşkilatlarının fəaliyyətlərinin və maliyyə qaynaqlarının qarşısının alınması çərçivəsində Adana, Adıyaman, Ağrı, Amasya, Ankara, Antalya, Aydın, Balıkesir, Bingöl, Diyarbakır, Gaziantep, Hakkari, Hatay, Iğdır, Kahramanmaraş, Kastamonu, Kayseri, Kilis, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Muş, Osmaniye, Sakarya, Siirt, Sivas, Şırnak, Tunceli və Van rayon Jandarma Komandirləri tərəfindən keçirilən “Kahramanlar-41” əməliyyatlarında 113 şübhəli şəxs saxlanılıb”, – deyə Yerlikaya bildirib.

Yerlikaya əməliyyatları həyata keçirən təhlükəsizlik qüvvələrini təbrik edib: “İlin 365 günü, 4 fəsil, 12 ay, gecə-gündüz əməliyyatlar həyata keçiririk. Əziz millətimizin duaları və dəstəyi ilə əzmlə son terrorçu zərərsizləşdirilənə qədər bu işi davam edəcəyimizi bilməyinizi istəyirəm. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir