Dünya

Zelenski Rusiyaya “gizli siqnal” göndərdi – FOTO

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski Estoniya Baş naziri Kaya Kallas ilə görüşü zamanı Rusiyaya “gizli siqnal” göndərib.

Bu barədə Almaniyanın “Bild” nəşrinin “Telegram” kanalında paylaşım edilib.

“Kallas Ukrayna bayrağının rənglərində kostyum geyinib, yaxasına döş nişanı taxıb. Zelenski isə üzərində 48,3794 və 31,1656 rəqəmləri olan sviter geyinib”, – deyə paylaşımda bildirilib.

Qeyd edilib ki, bu rəqəmlər Ukrayna rəhbərinin rusiyalı həmkarına “gizli mesajı” olub. Belə ki, nəşrin məlumatına görə, Zelenskinin sviterindəki rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. Məhz orada respublikanın 1991-ci ildə rəsmi olaraq tanınmış sərhədləri daxilində coğrafi mərkəzi yerləşir. Ukrayna kəndində bu paralel və meridianın kəsişdiyi yerdə xatirə lövhəsi var.

“Bununla da Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyi barədə siqnal verib”, – deyə yazıda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir