Dünya

“Turan Tovuz”un futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi

Sharing is caring!


“Turan Tovuz”un futbolçusu Sərtan Taşkının Türkiyənin “Manisa” klubuna keçidi rəsmiləşib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı sağ cinah müdafiəçisi yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Azərbaycan millisinin üzvü Türkiyənin I Liqa təmsilçisinə keçidi ilə bağlı təəssüratlarını bölüşüb:

“Manisa”ya keçdiyim üçün xoşbəxtəm. Burada gözəl işlərə imza atmaq istəyirəm. Bunun üçün çox çalışacağam”.

Qeyd edək ki, Sərtan Taşkın cari mövsümün ilk yarısında “Turan Tovuz”un heyətində Premyer Liqada 16 oyun keçirib, 1 qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir