Dünya

ABŞ Çini hərbi münaqişəyə təhrik edəcək növbəti addımı atır

Sharing is caring!


Tayvanda şənbə günü administrasiya rəhbəri seçiləcək. Bundan sonra Vaşinqton adaya qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli məmuru bildirib.

Nümayəndə heyətinin göndərilmə vaxtı, eləcə də iştirakçıların adları hələlik açıqlanmayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə adaya səfəri Tayvan ətrafında vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab etmişdi.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir