Dünya

Superkubokda finala çıxan “Real Madrid”in baş məşqçisi Arda Gülerin valideynlərinə təşəkkür etdi – FOTO/VİDEO

Sharing is caring!


İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında baş tutan yarımfinal matçında “Real Madrid” klubu “Atletiko Madrid” üzərində 5-3 hesabı ilə qələbə qazanıb və final mərhələsinə keçib.

Səudiyyə Ərəbistanı tamaşaçıları klubun türkiyəli oyunçusu Arda Güleri güclü alqışlarla dəstəkləyiblər.

Matçdan sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti verdiyi müsahibədə Ardanın böyük istedad olduğunu bildirib və onun valideynlərinə təşəkkür edib.

“Arda altı ay zədəsi ilə mübarizə apardı və hazırda çox yaxşı formadadır. Belə böyük bir istedadın burada olması bizi çox sevindirir. Hamımız Ardanı çox sevirik. O, “Real Madrid” üçün çox əhəmiyyətli bir oyunçu olacaq. İstedad genetika məsələsidir. Ardanın ailəsinə minnətdarıq”, – deyə Ançelotti qeyd edib.

“Real Madrid”də çox gözəl ailə və dostluq mühiti var. 5-6 ay zədəli idim və zədəm sağalan kimi Ançelotti məni heyətə daxil etdi. Həmişə mənə etibarını ifadə edir. İnşallah, gözəl günlər bizi gözləyir”, – deyə Arda Güler də sevincini ifadə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir