İdman

Rəşad Sadıqov: “Karyeramda basketbol oynamağım səhv addım idi”

Sharing is caring!

“Kim deyir ki, Azərbaycanda futbol yoxdur, boş söhbətdir. Azərbaycanda futbol da, futbolçu da var”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

R.Sadıqov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbələrinə onların gələcəyin müəllimləri, məşqçiləri olacaqlarını bildirib:

“Azərbaycanda istedadlı futbolçular var. Ancaq onlardan düzgün yararlanmaq, onlara öyrətmək, düzgün məşq prosesi keçmək lazımdır. Siz də gələcəkdə məşqçi-müəllim olacaqsınız. Çalışın ki, əlinizin altında olan “material”dan düzgün yararlanın”.

ADBTİA-nın kafedra müdiri İlqar Əliyev R.Sadıqova bir vaxtlar idmandan kənar qalmamaq üçün basketbol oynadığını xatırladıb. O, Türkiyənin “Kayserispor” klubundan ayrıldıqdan sonra 2006-cı ildə basketbol çempionatında çıxış etməsinə belə münasibət bildirib:

“Karyeramda basketbol oynamağım səhv addım idi. Düşünürəm ki, peşəkar futbolçu kimi bunu etməməliydim. Həmin vaxt transfer pəncərəsi bağlandığı və “Neftçi”nin heyətində oynaya bilməyəcəyim üçün bu addımı atmalı olmuşdum”.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir