Dünya

Ekvadorda təhlükəsizlik qüvvələri 330-a yaxın cinayətkarı saxlayıb

Sharing is caring!


Ekvador silahlı qüvvələri və polisi ölkədə iğtişaşlar başlayandan sonra təxminən 330-a yaxın cinayətkarı saxlayıb və daha beş nəfəri məhv edib.

Bu barədə Ekvador Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığının rəhbəri Xayme Vela Erazo məlumat verib.

“329 terrorçu həbs edilib, beş terrorçu məhv edilib. Əvvəlki günlərdə qaçan 28 yaraqlı yaxalanıb”, – deyə La Voz del Tomebamba bildirib.

Bundan əlavə, Erazonun sözlərinə görə, bu müddət ərzində təhlükəsizlik qüvvələri üç terrorçu qrupla qarşıdurmaya girməli olub. İndiyədək 61 silah, 418 döyüş sursatı və 24 partlayıcı maddə ələ keçirilib. 41 girovu xilas etmək və oğurlanmış 195 avtomobili geri almaq mümkün olub.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir