MARAQLI

Yaralının başından fraqmentləri tibbi alətlərsiz çıxaran cihaz hazırlanıb – VİDEO

Sharing is caring!


Artıq başından yaralanan şəxsin beynindən metal hissələri tibbi alətləri istifadə etmədən çıxarmaq mümkün olacaq. Rusiyalı alimlər qəlpələri elektromaqnetizmin köməyi ilə çıxaran cihaz hazırlayıblar.

İnnovativ məhsul “Avtoplan” cərrahi naviqasiya sisteminə əsaslanır, bunun sayəsində beyin toxumalarında metal parçaların yerini dəqiq müəyyənləşdirmək mümkündür.

Yeni cihaz həkimlərə beyində açıq cərrahiyyə əməliyyatına müraciət etməməyə və kəllə sümüyündə dəliyin ölçüsünü fraqmentin ölçüsü ilə məhdudlaşdırmağa imkan verir.

Bundan əlavə, fraqmentlərin çıxarılması prosesində insan amilinin təsiri praktiki olaraq sıfıra endirilir ki, bu da cərrahi beyin zədəsinin nəticələrini xeyli azaldır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir