Dünya

İsveç Ukraynaya yarım milyard avro ayırır

Sharing is caring!


İsveç müharibədən zərər çəkmiş Ukraynaya bərpa üçün 500 milyon avro (925,7 milyon manat) ayırmaq niyyətindədir.

Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov “Rada” telekanalının canlı efirində bildirib.

“Hərbi dəstəkdən əlavə İsveç bir neçə il ərzində Ukraynanı bərpa etmək üçün təxminən yarım milyard avroluq strategiya qəbul edib”, – deyə o bildirib. 

Nikiforovun sözlərinə görə, ianəni özəl biznes nümayəndələri də edə bilərlər.

O həmçinin Stokholmun Kaxovka su elektrik stansiyasının dağıdılması nəticəsində zərər çəkmiş ərazilər üçün Kiyevə içməli su nasoslarını verməyi vəd etdiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir