Dünya

“Zaqreb Open”: Bu gün Azərbaycanın üç güləşçisi mübarizəyə qoşulur

Sharing is caring!


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vuracaq, qadınlar isə mübarizəyə başlayacaqlar.

Azərbaycan millisinin iki sərbəst güləşçisi xalça üzərinə çıxacaq. Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) medallar uğrunda mübarizə aparacaqlar.

Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, ilk gündə üç sərbəst güləşçi – Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir