Dünya

Məşhur aktor Ceyson Momoa boşanır – FOTO

Sharing is caring!


Aktrisa Liza Bone Ceyson Momoa ilə boşanmaq üçün məhkəməyə müraciət edib.

Onlar cütlük olduqdan 18 il sonra 56 yaşlı Bone Los-Anceles Rayon Məhkəməsinə 44 yaşlı Momoa ilə boşanmaq üçün məhkəməyə müraciət edib.

Qeyd olunur ki, ulduz cütlük hələ 2022-ci ildə boşanacaqlarını açıqlamışdı.

Boşanma səbəbinin fikir ayrılıqları olduğu bildirilir. Onlar həmçinin 16 yaşlı qızı və 15 yaşlı oğluna birgə qəyyumluq etməlidirlər. Hakim altı ay ərzində boşanma haqqında qərar verəcək.

Xatırladaq ki, aktrisa aktyorla 2005-ci ildə tanış olub, lakin onlar 2017-ci ildə evləniblər. Bu, Momoa üçün ilk, əvvəllər musiqiçi Lenni Kravits ilə evli olan Bone üçün isə ikinci evlilik olub.

Mənbə: The Guardian

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir