Dünya

Oğlunu illərlə kasıb mühitdə böyüdən çinlinin milyonçu olduğu ortaya çıxdı – FOTO

Sharing is caring!


Milyonçu ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslində zəngin olduğunu deməyib.

Qəribə hadisə Çində baş verib.

Oğlunun sözlərinə görə, atası borclarına görə həmişə narahatlıq keçirib, ayı-aya güclə caladığını bildirib və kasıbçılıqdan şikayətlənib.

Gənc universiteti bitirdikdən sonra ailəyə maddi yardım üçün iş axtarmağa başlayıb. Bu zaman atası onu səmimi söhbətə dəvət edib və əslində malikanələri, şəxsi şirkəti və səkkiz maşını olduğunu deyib.

Hazırda oğlan atasının şirkətində işləyir. Bununla belə o, işə limuzində deyil, köhnə mopedində gedir.

Mənbə: KP.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir