Dünya

Pentaqon rəhbərinin xəstəliyi bilindi

Sharing is caring!


2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-nin müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoyublar. O, əməliyyat olunub və yanvarın əvvəlində ağırlaşmalara görə xəstəxanaya yerləşdirilib.

Bu barədə Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzinin bəyanatında deyilir.

Bəyanata görə, 2023-cü ilin dekabr ayının əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyat (prostatektomiya) keçirib.

Mərkəzdən bildiriblər ki, “bu prosedur zamanı o, ümumi anesteziya altında olub”. Ertəsi gün Ostin evə qayıdıb.

“Onun prostat xərçəngi erkən aşkarlanıb və proqnoz əladır”, – bəyanatda qeyd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir