Dünya

Rusiyalı ekspert: “2024-cü ildə bəzi ölkələrdə dövlət çevrilişləri baş verə bilər”

Sharing is caring!


“2024-cü ildə Afrika və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində dövlət çevrilişləri baş verə bilər”.

Belə bir fikirlə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin Avropa hüququ kafedrasının dosenti, Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin çıxış edib.

O, güc yolu ilə hakimiyyət dəyişikliyi ssenarisinə meyilli olan dövlətlərin adını çəkib.

Nikolay Toporninin fikrincə, Afrika və Cənub-Şərqi Asiyanın bir neçə bölgəsi qaynar nöqtələr hesab olunur.

“Söhbət ən kasıb dövlətlərdən gedir ki, orada sabit dövlət hakimiyyəti yoxdur, siyasi institutlar fəaliyyət göstərmir, hər şey gücdən asılıdır, kimin gücü daha çoxdursa, proseslərə rəhbərliyi də o edir”, – deyə dosent qeyd edib.

“Bu ölkələrdə hərbi rejimlər olduğu üçün hər an dəyişikliklər baş verə bilər. Bunlar Niger, Mali, Burkina-Faso, Eritreya, Sudan və Somalidir. Asiyada Banqladeş rejimi çox sərtdir, orada nəsə ola bilər, yaxınlıqda isə Myanma var. Bu cür vəziyyətlərdən danışarkən ən yoxsul ölkələrə diqqət yetiririk ki, yalnız hərbi güc hökm sürür”, – deyə Nikolay Topornin ehtimalını dilə gətirib.

Politoloqun fikrincə, 2024-cü ildə dünyanın qlobal mənzərəsi olduğu kimi qalacaq. Avropa və ya Latın Amerikası kimi regionlarda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi ehtimalı azdır. Nikolay Topornin hesab edir ki, hərbi diktaturaya malik olan dövlətlərdə bu ssenari mümkündür.

“Rejim dəyişikliyi ona görə baş vermir ki, insanlar Avropada olduğu kimi, inqilab təşkil edirlər. Burada dövlət çevrilişini hərbiləşmiş qruplaşmalar da təşkil edə bilər”, – deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir