Cəmiyyət

Azərbaycanda yardıma ehtiyacı olan təcili yardım maşını – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Yarasız vəziyyətdə çağırışlara gedən təcili tibbi yardım maşınının görüntüləri sosial şəbəkələrdə yayılıb.

Oxu.Az xəbər verir ki, 44-AC-447 dövlət nömrə nişanlı təcili yardım avtomobilinin bu vəziyyətdə istifadədə olması vətəndaşlar arasında narazılığa səbəb olub.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı nişanı ərazi üzrə Masallı rayonuna aiddir. Vətəndaşlar iddia edirlər ki, təcili tibbi yardım avtomobilinin qapıları bağlanmır, yararsız vəziyyətdədir və içərisində meyit aparılır. 

İrəli sürülən iddialara və sosial şəbəkələrdə yayılan videgörüntülərə aydınlıq gətirmək məqsədilə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. 

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntülər araşdırılıb:

“Sözügedən nəqliyyat vasitəsinin istismar müddəti bitdiyinə görə uzun müddətdir ki, xidmətdən kənarlaşdırılıb. Çəkiliş aparılmış nəqliyyat vasitəsi xidməti avtomobil deyil”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir