Dünya

İsrail ordusu Xan Yunisdə radikalların 30 hədəfinə hücum edib

Sharing is caring!


İsrail hərbçiləri gecə ərzində Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində 30 radikal hədəfə zərbələr endiriblər.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

“SAXAL qoşunları və hava qüvvələri gecə ərzində Xan Yunisdə yeraltı hədəflər, terrorçuların infrastrukturu və silah anbarları da daxil olmaqla 30 mühüm terrorçu hədəfə zərbələr endirib. Bu zərbələr ərazidə əməliyyat fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradacaq”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, SAXAL Xan Yunisdə İsrailə raket atmağa hazırlaşan 10 terrorçunu məhv edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir