Dünya

İsrail Qəzza zolağının cənubunda yüzdən çox zərbə endirib

Sharing is caring!


İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubunda HƏMAS-ın infrastruktur obyektlərini atəşə tutub və onlarla HƏMAS döyüşçüsü öldürülüb.

Bu barədə bazar günü İsrail Müdafiə Ordusu (SAXAL) bəyanat verib.

Qeyd olunur ki, SAXAL “Kfir” briqadasının onlarla yaraqlını məhv etdiyini və Xan Yunis bölgəsində 100-dən çox hədəfi, o cümlədən yeraltı tunelləri vurduğunu bildirib.

SAXAL-ın məlumatına görə, şəhərin başqa bir ərazisində İsrail əsgərləri içində odlu silahlar, qumbaralar və partlayıcı maddələr olan silah anbarı aşkar ediblər. HƏMAS-ın müşahidə mövqelərinə, tank əleyhinə raket buraxılan məntəqələrinə, tunel şaxtalarına və yeraltı keçidlərə də zərbələr endirilib.

Bundan əlavə, İsrail əsgərlərinin Qəzza zolağında yeraltı silah yığma zavodunda saxlanılan yüksək dəqiqliyə malik  qanadlı raketlərin komponentlərini aşkar etdiyi bildirilir.

İsrail ordusu həmçinin Livanda “Hizbullah”ın hədəflərinə də zərbələr endirib.

Mənbə: interfax.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir