Dünya

“Floridalı Coker” məşhur oyunun studiyasından 10 milyon dollar tələb edir – FOTO

Sharing is caring!


“Floridalı Coker” kimi tanınan Lourens Sallivan “GTA 6” oyununun tərtibatçılarına yeni ultimatum irəli sürüb. O, 10 milyon dollar təzminat tələb edib və onları haker hücumu ilə hədələyib.

Qeyd olunur ki, Sallivan “GTA 6” treylerini sızdıran, “Rockstar Games”i ən azı 5 milyon dollar ziyana salan və minlərlə saatlıq işini məhv edən hakerlə birləşəcəyini vəd edib.

“Əgər mənimlə tezliklə əlaqə saxlamasanız, mən bu oğlanı dəlixanadan çıxaracağam və o, yenidən sizə hücum edəcək”, – deyə “Floridalı Coker” hədələyib.

Verilən məlumata görə, oyun studiyası “GTA 6”da real insanların təsvirlərindən istifadə edib – oyun həvəskarları onları, o cümlədən “Floridalı Cokeri” tanıyıblar. Sallivan “GTA 6” treylerində onun bənzərindən istifadə edildiyinə görə əvvəlcə 2 milyon dollar tələb edib. O, studiyanı onun surətinin və həyatını oğurlamaqda ittiham edib.

Qeyd olunur ki, “Floridalı Coker” “GTA”nın yeni hissəsinin tərtibatçılarını ruhlandıran yeganə real personaj deyildi. Franşizanın pərəstişkarları oyunun treylerində həmçinin daha əvvəl görüntüləri sosial şəbəkələrdə yayılmış əlində çəkiclər olan qadın və ərzaq mağazasında timsaha istinadlar tapıblar.

Xatırladaq ki, franşizanın altıncı hissəsinin treyleri dekabrın 5-də yayımlanıb və 24 saat ərzində “YouTube”da 100 milyondan çox baxış sayı yığıb. “GTA 6”nın 2025-ci ildə buraxılması planlaşdırılır.

Mənbə: daily.afisha.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir