Dünya

Fransızların əksəriyyəti Olimpiadanın uğurlu olacağına inanmır

Sharing is caring!


Fransada ölkənin 2024-cü il Olimpiadasına uğurla hazırlaşacağına və lazımi qaydada keçiriləcəyinə əmin olan fransızların faizi son üç ayda aşağı düşüb.

Bunu “Odoxa” tədqiqat institutunun bazar günü dərc etdiyi sorğunun nəticələri göstərir.

“Olimpiya Oyunlarının başlamasına 200 gün qalıb, lakin onların təşkili ilə bağlı narahatlıqlar artır və fransızların əksəriyyəti hələ də tikinti işlərinin (vaxtında – red.) başa çatmasından (59%), təhlükəsizliyə (65%,) və nəqliyyata (sıxlıq – red.)  (74%) görə narahatdırlar”, – deyə “Odoxa” saytında dərc olunmuş məqalədə qeyd olunub.

Bundan əlavə, idman tədbirlərinin (61%) və açılış mərasiminin (59%) uğurlu olacağına əmin olan fransızların sayı azalıb.

Sorğu həmçinin göstərdi ki, 2024-cü il Olimpiya və Paralimpiya Oyunları fransızlar üçün bu ilin ən gözlənilən idman hadisəsi (35%) olacaq. Respondentlər arasında  fransızların 55%-i idmançılarının Olimpiadada yaxşı çıxış edəcəyinə inanır, 64% isə paralimpiyaçılarının uğur qazanacağına əmindir.

Qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mənbə: rsport.ria.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir