Dünya

İlon Mask narkotik istifadə etməkdə şübhəli bilinir

Sharing is caring!


Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask narkotik maddələrdən, xüsusilə də LSD, kokain, ekstazi, göbələk və ketamindən istifadə etməkdə şübhəli bilinir.

Qeyd olunur ki, şirkətlərin rəhbərləri və idarə heyətinin üzvləri bunun gələcəkdə biznesə təsir edə biləcəyini düşünürlər.

Qeyri-qanuni maddələrdən istifadə onun tez-tez ziddiyyətli fikirlər səsləndirməsinin, anlaşılmaz nitqinin və təxribat xarakterli hərəkətlərinin səbəblərindən biri kimi göstərilir.

Maskın ətrafı 52 yaşlı milyarderin narkotiklərdən, xüsusən də ketamindən istifadə etməyə davam etdiyini bildirir.

“İlon Mask bütün şirkətlərinin dəyərinin ayrılmaz hissəsidir. O, təxminən 1 trilyon dollarlıq investor aktivlərini, on minlərlə işi və ABŞ-nin kosmik proqramının əhəmiyyətli hissəsini riskə atır”, – deyə məlumatda bildirilir.

İlon Maskın şirkətlərinin direktorları rəhbərlərinin narkotikdən istifadə etməsi məsələsini rəsmən qaldırmayıblar. Bununla belə, hələ də müəyyən addımlar atılıb. “Tesla” çirkətinin idarə heyətinin üzvü Linda Rays, həmkarlarına Maskın qeyri-adekvat davranışı ilə bağlı araşdırma aparmağı təklif edib, lakin heç kim bu çağırışlara əhəmiyyət verməyib. Buna cavab olaraq, Rays 2019-cu ildə direktorlar şurasına yenidən seçilməkdən imtina edib.

Qeyd olunub ki, Maskın vəkili Aleks Spiro biznesmenin mütəmadi olaraq qanında narkotik testlərindən keçdiyinə inandırıb. Vəkilin sözlərinə görə, Maskın qanında heç vaxt narkotik maddə aşkarlanmayıb.

Qeyd olunub ki, məsələ ilə İlon Mask şərh verməkdən imtina edib.

Mənbə: The Wall Street Journal

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir