Cəmiyyət

Şirvanda “online” oyunda 800 manat uduzan şagird intihara cəhd etdi

Sharing is caring!

Şirvanda 11-ci sinif şagirdi özünü hündürlükdən atıb.

APA-nın məlumatına görə, Şirvan sakini, 2007-ci il təvəllüdlü Əhmədli Cavid Emil oğlu özünü yarımçıq tikilidə hündürlükdən ataraq intihara cəhd edib.

Ağır xəsarətlər alan yeniyetmə Şirvan xəstəxanasına yerləşdirilib.

İntihara cəhdə səbəb yeniyetmənin “online” oyunda 800 manat pul uduzması olub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir