Dünya

Brüs Linin ölümünə səbəb olan sirr nə idi? – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı dünyaca məşhur aktyor və kunq-fu ustası Brüs Liyə həsr olunub.

Brüs Li 27 noyabr 1940-cı ildə San Fransiskoda anadan olub. O, varlı ailədə böyüyüb. Brüs Li elə doğulandan sonra filmlərdə rol almağa başlayır. O, ilk dəfə böyük ekrana üç aylıq olarkən çıxır. Maraqlı fakt ondan ibarətdir ki, ilk filmi “Qızıl qapılı qız”da Brüs Li körpə qız rolunu oynayır.

Brüs Amerikada olarkən müxtəlif serial və filmlərdə döyüşçü roluna dəvət alırdı. Sadəcə heç kim ona əsas rolları etibar etmirdi. 1971-ci ildə həm tənqidçilər, həm də tamaşaçılar tərəfindən böyük həvəslə qarşılanan, özünün baş rolda oynadığı “Böyük boss” filminin premyerası baş tutur. Qeyd etmək lazımdır ki, filmdəki bütün döyüş səhnələri Brüsün özü tərəfindən səhnələşdirilib.

Dünya şöhrəti qazanan Li ona daha da populyarlıq gətirən “Qəzəb yumruğu” və “Əjdahanın qayıdışı” filmlərində də rol aldı. 1972-ci ildə Brüs Li ölümündən bir həftə sonra böyük ekrana çıxacaq olan “Əjdahanın çıxışı” filmi üzərində işləyirdi. Bu, onun iştirakı ilə tamamlanan sonuncu film oldu. Linin rol almağa müvəffəq olduğu başqa ekran əsəri isə “Ölüm oyunu”dur. Onun premyerası 1978-ci ildə baş tutub.

Maraqlı fakt ondan ibarətdir ki, filmin son çəkilişləri aktyorun iştirakı olmadan baş tutub. Brüsün əvəzinə onun oxşarı oynayıb. Brüs Li 20 iyul 1973-cü ildə 32 yaşında vəfat edib.

Böyük döyüşçünün ölümü bütün dünya üçün şok oldu. Rəsmi versiyaya görə, onun ölümünə başağrısı həbi səbəb olub. Bununla belə, yarılma aparılsa da, müvafiq testlər edilməyib. Bu da Brüsün narkotik qəbulundan öldüyünə şübhələr yaradır. Tərəfdarları aktyorun belə bir absurd ölümünə inanmadılar.

Linin avropalılara və amerikalılara döyüş sənətini öyrətməsini istəməyən müəyyən bir döyüş sənətçisi tərəfindən öldürüldüyünə dair də versiya var.

Ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir