Dünya

Borrel Səudiyyə Ərəbistanına səfər edəcək

Sharing is caring!


Avropa İttifaqının diplomatik nümayəndəsi Jozep Borrel bu gün İsrail-Fələstin münaqişəsi və Qırmızı dənizdəki gərginliyi müzakirə etmək üçün Səudiyyə Ərəbistanına ikigünlük səfərə gedəcək.

Bu barədə Aİ-nin xarici siyasət xidməti məlumat yayıb.

“Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrel yanvarın 7-8-də Səudiyyə Ərəbistanında səfərdə olacaq və səfər zamanı xarici işlər naziri Feysəl bin Fərhan Əs-Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budaivi də daxil olmaqla yüksək vəzifəli şəxslərlə görüşəcək”, – deyə Aİ diplomatik xidmətinin bəyanatında bildirilib.

“Onun səfərinin məqsədi İsrail, Fələstin və bütün region arasında ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü diplomatik səyləri inkişaf etdirmək olacaq. Görüşdə Qəzzadakı vəziyyət, həmçinin Qırmızı dənizdəki təhlükəli eskalasiya müzakirə olunacaq”, – deyə bəyanatda qeyd olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir