Dünya

Türkiyəli müğənni Ebru Polat bir gündə “milyonçu” oldu – FOTO

Sharing is caring!


Türkiyəli müğənni Ebru Polat “Instagram”ın səhvən ona 21 milyon 686 min dollar (təxminən 38 milyon manat) göndərdiyini açıqlayıb.

Sosial şəbəkədə video yayımlayan Polat böyük sürprizini izləyiciləri ilə bölüşüb.

“Dostlar, şoka düşəcəksiniz, dünən gecə çox maraqlı bir şey oldu. “Instagram” məni bir gündə, bir günlük “Forbes” siyahısına saldı. Hesabıma təxminən 600 milyon türk lirəsi göndərdi. Mən şoka düşdüm. Təbii ki, səhər pulu geri çəkiblər. Hazırda hesabımda belə miqdarda pul yoxdur, amma bir günlük “Forbes” siyahısında oldum”, – deyə sənətçi təccübünü bildirib.

Müğənni bunun bir səhv olduğunu hesab etdiyini qeyd edib.

“Məncə, “Instagram” səhv edib. Səhər dərhal qaça-qaça pulu çıxarmağa gedəcəkdim. Təxminən 21 milyon dollar. “Instagram”, sən necə belə bir şey edə bilərsən? Məni həvəsləndirdin. Bu barədə vəkilimdən soruşacağam, bəlkə də bu mənim haqqımdır”, – deyə müğənni ümidini itirmədiyini vurğulayıb.

Mənbə: milliyet.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir